AzərTAc ilə İTAR-TASS arasında əməkdaşlığın və tərəfdaşlığın möhkəm əsasları vardır

Bu fikir dekabrın 16-da İTAR-TASS agentliyinin ümumi xəbərlər xidmətinin baş redaktoru Aleksandr Kopnov və informasiya-sorğu təminatı xidmətinin baş redaktoru Natalya Savina ilə AzərTAc-da keçirilən görüşdə səslənmişdir. 
AzərTAc-ın baş direktoru Aslan Aslanov qeyd etmişdir ki, Azərbaycanın və Rusiyanın milli xəbər agentlikləri beynəlxalq informasiya alyansları çərçivəsində sıx əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Agentliklərimiz sıx informasiya mübadiləsi ilə bərabər, geniş təcrübə mübadiləsi də aparır, bir-birindən öyrənirlər.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri diqqətə çatdırılmış, mövcud əlaqələrin möhkəmlənməsini nəzərdə tutan qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, sosial medianın sürətlə inkişaf etdiyi müasir dövrdə informasiya agentlikləri qarşısında duran mühüm vəzifələri sıx əməkdaşlıq zəminində həyata keçirmək mümkündür. A.Aslanov qeyd etmişdir ki, bu baxımdan həmin istiqamətdə fəaliyyəti genişləndirmək üçün yaxşı perspektivlər vardır.
Aleksandr Kopnov demişdir ki, İTAR-TASS və AzərTAc arasında dostluq, əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. O, AzərTAc-ın bu əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfəsini vurğulayaraq demişdir: "Agentliklərimiz arasında sıx əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Diqqətəlayiq haldır ki, AzərTAc-ın baş direktoru Rusiya-Azərbaycan əlaqələrinin inkişafına töhfəsinə görə Prezident Dmitri Medvedevin Fərmanı ilə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif edilmişdir. Bu, həm agentliklərimiz, həm də dövlətlərimiz arasında mövcud qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasının təzahürüdür". İTAR-TASS-ın baş redaktoru, həmçinin Rusiya cəmiyyətinin Azərbaycan, onun bu günü, əldə etdiyi nailiyyətlər barədə geniş məlumatlandırılması baxımından qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulamışdır.
Sonra qonaqlar AzərTAc-ın struktur bölmələrinin fəaliyyəti ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında