Azərbaycan Rusiyaya qaz ixracını artırır

Dekabrın 15-də Moskvada Rusiyanın "Qazprom" şirkəti idarə heyətinin rəhbəri Aleksey Miller ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilmişdir.
AzərTAc "Qazprom"un saytına istinadla xəbər verir ki, görüşdə şirkətin Azərbaycandan aldığı təbii qazın həcmini 1,5 dəfə artırmaq barədə razılıq əldə edilmişdir. A.Miller və R.Abdullayev şirkətlərin qarşılıqlı faydalı əməkdaşlığının iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliklərini bildirmişlər.
Vurğulanmışdır ki, "Qazprom" şirkəti gələn il Azərbaycandan 3 milyard kubmetr qaz almağı planlaşdırır. Bu il "Qazprom" ölkəmizdən 2 milyard kubmetr təbii qaz almışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında