BVF: "Yunanıstanın struktur islahatları proqramı özünü doğrultmamışdır"

Yunanıstan vergilərin artırılması üzrə maksimum həddə çatıb və sərt qənaət proqramının istiqamətini dövlət xərclərinin ixtisarına dəyişdirməlidir. "APA-ECONOMICS"in "Associated Press"ə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yunanıstandakı missiyasının rəhbəri Pol Tomsen bildirmişdir.
"Mənə elə gəlir ki, 2011-ci ildə biz anti-böhran proqramının vergilərin artırılması kimi potensialını xərcləyib qurtardıq. Bundan sonrakı addımları büdcənin xərclər maddələri üzərində təmərküzləşdirmək lazımdır".
Pol Tomsenin fikrincə, vergilərin artırılmasına baxmayaraq, Yunanıstanın struktur islahatları proqramı özünü doğrultmamışdır: "Amma 2012-ci il üçün yeni sərt qənaət tədbirləri paketi qəbul etməkdən danışmaq hələ tezdir".
Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının "zəif bəndi" sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 milyard avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında