Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar "Eurovision" mərkəzi fəaliyyətə başlamışdır

Mərkəzdə "Eurovision" muzeyi də yaradılacaq
Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı Bakı Biznes Mərkəzində "Eurovision" mərkəzi fəaliyyətə başlamışdır. APA-nın yaydığı xəbərdə deyilir ki, Mərkəzdə "Eurovision" muzeyi yaradılacaq. Muzeydə 57 illik tarixə malik "Eurovision" yarışması, eləcə də sırf Azərbaycanın bu müsabiqədə iştirak tarixi təqdim olunacaq.
"Eurovision" mərkəzində mətbuat mərkəzi də fəaliyyət göstərəcək. Bu mərkəz müsabiqə boyu jurnalistlər və nümayəndə heyətləri üçün açıq olacaq. Burada mətbuat konfranslarının keçirilməsi üçün xüsusi zallar fəaliyyət göstərəcək. Mərkəz jurnalistlər, eləcə də nümayəndə heyətləri arasında təmasları asanlaşdıracaq, təbliğat aparılmasına yardım edəcək. "Eurovision-2012" layihəsi ilə bağlı bütün məlumatlar bu mərkəzdən ötürüləcək. Mərkəz interaktiv xarakter daşıyır.
Qeyd edək ki, "Eurovision" mərkəzinin qısa zamanda açılışının keçirilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı hazırlıq gedir.
Mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Xatırladaq ki, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevadır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında