Metyu BRAYZA: "ABŞ anlayır ki, Azərbaycan məxsusi ölkədir" "Biz Azərbaycanı güclü ölkə kimi görmək istəyirik"

"Amerika Birləşmiş Ştatları daim Azərbaycan Respublikasını dəstəkləyir və onu güclü, müstəqil, öz vətəndaşlarının qayğısına qalan və onların inkişafına şərait yaradan ölkə kimi görmək istəyir". APA-nın cənub bürosunun məlumatına görə, bu sözləri Lənkəranda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza jurnalistlərə müsahibəsində demişdir. 
ABŞ-ın Azərbaycanla güclü tərəfdaşlığa malik olduğunu diqqətə çatdıran diplomat bu tərəfdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyəni vurğulamışdır: "Mənim ölkəm anlayır ki, Azərbaycan məxsusi ölkədir", - deyən Metyu Brayza bildirmişdir ki, bu məxsusiliyin Azərbaycanın yalnız neft ölkəsi olması ilə deyil, həm də daha önəmli mövqeyi, o cümlədən fəxr edilə biləcək dini və mədəni müxtəliflik, şiələrin əksəriyyət təşkil etdiyi, bununla belə, dini dözümlülüyün hökm sürdüyü ölkə kimi tanınması ilə bağlıdır.
Azərbaycanın dünyəvi ölkə olduğunu diqqətə çatdıran Metyu Brayza yoxsulluğun azaldılması istiqamətində ardıcıl addımların atıldığını, eyni zamanda siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirildiyini qeyd etmişdir: "Mən inanıram ki, Azərbaycan bu islahatları davam etdirəcək. Demokratiya və insan hüquqlarına hörmət islam dini ilə tam uyğunluq təşkil edən bir anlayışdır. Azərbaycan bu keyfiyyətləri nümayiş etdirdikcə, Avroatlantik məkana yalnız neft və qaz kəmərləri vasitəsilə deyil, həmçinin təhlükəsizlik, iqtisadiyyat, demokratik islahatlar və digər sahələrdəki birgə əməkdaşlığa əsaslanan fəaliyyətlər vasitəsi ilə daha yaxından bağlanacaq və inteqrasiya edəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında