Azərbaycanın GUAM-a sədrlik dövründə fəaliyyətinin əsas prioritetləri açıqlanmışdır

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Azərbaycanın 2012-ci ildə GUAM-da sədrik edəcəyi dövrdə prioritetləri aşağıdakı istiqamətlər üzrə müəyyən edilmişdir:
a) GUAM məkanında münaqişələrin həlli məsələsi;
b) Hüquq-mühafizə sahəsində əməkdaşlıq; (narkotik qaçaqmalçılığı, terrorizmlə mübarizə, sərhəd xidmətləri və gömrük xidmətləri arasında əməkdaşlıq, insan alveri və qeyri-qanuni miqrasiya)
c) Beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət;
d) Digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq ("GUAM+" formatı);
e) GUAM çərçivəsində Parlamentlərarası əməkdaşlıq (GUAM Parlament Assambleyası);
f) İqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyət və GUAM-ın işgüzar dairələrinin əməkdaşlığına şərait yaratmaq;
g) Rabitə, nəqliyyat informasiya texnologiyaları sahəsində əməkdaşlıq;
h) GUAM-ın nəqliyyat dəhlizlərinin inkişafı;
i) Enerji təhlükəsizliyi və alternativ enerji mənbələri sahəsində əməkdaşlıq;
j) Fövqəladə halların xəbərdarlığı sahəsində əməkdaşlıq;
k) Turizm sahəsində əməkdaşlıq;
l) Elm sahəsində, xüsusilə nanotexnologiyalar sahəsində əməkdaşlıq.
Xatırladaq ki, GUAM-da sədrliyin Azərbaycana keçməsi barədə razılıq Vilnüsdə 7 dekabr 2011-ci ildə qurumun xarici işlər nazirlərinin toplantısında əldə olunmuşdur


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında