Azərbaycan nərə cinsli balıqların ovuna ən az 10 il moratorium qoyulmasını təklif edir

Xəzərdə nərə cinsli balıq ovu üçün 2012-ci ilin kvotası müəyyənləşdirilir
Üç Xəzəryanı ölkə - Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizində nərə cinsli balıq ovu ilə bağlı moratorium tətbiq etməyə hazırdır. Digər Xəzəryanı ölkələr - İran və Türkmənistan isə bununla bağlı fikirlərini açıqlayacaq. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib.
Nazir müavinin fikrincə, moratoriumu 5 il müddətinə tətbiq etmək doğru olmazdı: "Çünki nərə cinsli balıqlar uzun müddət yaşayır. Ona görə də düşünürük ki, moratorium ən azı 10 il müddətinə qəbul olunmalıdır".
R. Hacıyev bildirib ki, Bakıda işinə başlayan Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclasında nərə cinsli balıqların kvotasının həyata keçirilməsi barədə Xəzəryanı dövlətlərin hesabatları təqdim olunacaq. Hesabatda 2010-2011-ci illərdə süni balıqartırma və balıq mühafizəsi ilə bağlı məlumatlar olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında