ABŞ Konqresi Nümayəndələr Palatası Türkiyəyə qarşı yönələn qətnamə qəbul etmişdir

Dekabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri 306 nömrəli qətnaməyə səs verərək Türkiyəni "xristian irsini qorumağa və kilsələrin müsadirə edilmiş mülkiyyətini qaytarmağa" çağırmışdır. Hələ bu ilin iyun ayında Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsində kaliforniyalı konqresmenlər Hovard Berman və Ed Roys tərəfindən təqdim edilən qətnamə layihəsi erməni və yunan lobbi qruplarının birgə səyləri nəticəsində Palatanın tam tərkibində səsverməyə çıxarılmışdır. Qətnamə qanun qüvvəsi alması üçün ABŞ Senatı tərəfindən də təsdiqlənməlidir. 
Adıçəkilən qətnamə həm Türkiyənin, həm də ABŞ-da yaşayan türk mənşəli amerikalıların haqlı qəzəbinə səbəb olmuşdur. Nümayəndələr Palatasındakı səsvermə ərəfəsində ABŞ Azərbaycanlıları Şəbəkəsi digər türkdilli amerikalıların kampaniyasına qoşularaq Konqres üzvlərini Türkiyəyə qarşı yönələn bu qətnaməni dəstəkləməməyə çağırmışdır. Onlar Nümayəndələr Palatasındakı öz qanunvericiləri ilə əlaqə saxlayaraq bildirirdilər ki, 306 nömrəli qətnamə qəbul olunduğu təqdirdə ABŞ-Türkiyə münasibətlərinə və ümumiyyətlə, ABŞ-ın bölgədəki maraqlarına ziyan vuracaqdır. Diaspor üzvləri məktub kampaniyasında qeyd etmişdilər ki, türk mənşəli xalqlar dini tolerantlıq ənənələri ilə tanınır. Onlar tarix boyu müxtəlif etiqadlı insanlara sığınacaq vermiş, o cümlədən Vizanti mərhələsində erməniləri, Holokost zamanı yəhudiləri, müasir dövrdə isə bolqar və bosniyalıları və son ildə isə suriyalı qaçqınları qəbul edərək öz aralarında yer vermişlər. Geniş erməni mənşəli elektoratı olan Kaliforniya ştatının iki qanunvericisi tərəfindən təqdim edilən bu qətnamənin mətnində bilərəkdən fakt təhriflərinə yol verilmişdir.
Amerikanın Erməni Milli Komitəsi səsvermədən sonra verdiyi bəyanatda qətnamənin qəbulunu "inamlı qələbə" adlandırmışdır və qeyd etmişdir ki, bu sənəd Amerika və beynəlxalq icmada Türkiyənin "erməni soyqırımı"na görə mənəvi və maddi məsuliyyəti üzərinə götürmək zərurəti haqda yekdil rəy formalaşması istiqamətində daha bir addımdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında