Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının IX konfransı

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının IX konfransı keçirilmişdir. 
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gündəlik elan olunandan və təsdiqlənəndən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov VIII konfransdan keçən dövrdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, partiyanın rayon təşkilatı və aparatı ərazidə həyata keçirilən həm quruculuq, həm də ictimai-siyasi işlərdə fəal iştirak etmiş, aparıcı siyasi qüvvəyə çevrilmişdir. Qeyd olunmuşdur ki, hazırda 1993-cü ildən fəaliyyət göstərən rayon təşkilatında YAP üzvlərinin sayı 23 min 500 nəfərdir. Sevindirici haldır ki, VIII konfransdan ötən müddətdə partiya rayon təşkilatının üzvləri arasında gənclərin və qadınların sayı daha da artmışdır. Hazırda gənclər rayon təşkilatı üzvlərinin 66 faizini, qadınlar isə 57 faizini təşkil edir.
Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra məruzə ətrafında çıxışlar olmuş, ötən konfransdan sonra görülmüş işlər təhlil edilmiş, rayon partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.
Konfransda YAP rayon təşkilatı idarə heyətinin üzvü - Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Bahar Muradova və başqaları çıxış edərək, ölkəmizdə müxtəlif sahələrdə aparılan quruculuq işlərindən danışmışlar.
Natiqlər bildirmişlər ki, dövlətimizin başçısı, YAP sədri İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu siyasi xəttin uğurla davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmiş, xalqımızın rifah halı daha da yaxşılaşmışdır. Bu müvəffəqiyyətlər qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Daha sonra təşkilati məsələlər müzakirə edilmiş, 131 nəfər şuranın, 35 nəfər idarə heyətinin, 9 nəfər isə nəzarət-təftiş komissiyasının üzvü seçilmişdir.
Konfransda Zahid Qaralov yenidən YAP Səbail rayon təşkilatının sədri seçilmişdir.
Sonda konfrans iştirakçıları YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında