Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəmanov bu ölkənin baş nazirinin müavini, prezident işləri üzrə naziri Şeyx Mansur bin Zayed Əl Nəhyan ilə görüşmüşdür.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti müzakirə olunmuş, həyata keçirilən səfərlər, onların çərçivəsində imzalanmış sənədlər barədə fikir mübadiləsi aparılmışdır.
Müzakirələrdə BƏƏ-nin Azərbaycanda səfirliyinin açılmasının ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi və inkişafına öz töhfəsini verəcəyi vurğulanmışdır.
Səfir Azərbaycanın müxtəlif sahələri, o cümlədən iqtisadiyyat, mədəniyyət, turizm və s. ilə maraqlanan Şeyx Mansur bin Zayed Əl Nəhyana ətraflı məlumat vermişdir.
Diplomat BƏƏ ilə tarixi və mədəni köklərə malik ölkəmiz haqqında daha geniş təsəvvür əldə etmək üçün Şeyx Mansur bin Zayed Əl Nəhyanı Azərbaycana dəvət etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında