BMT rəsmisi Andrey Abramov: Azərbaycanda vətəndaş cəmiyyəti dinamik inkişaf edir

Keçən ay Azərbaycanda işgüzar səfərdə olan BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğluna məktub ünvanlamışdır.
Fonddan bildirmişlər ki, A.Abramov məktubda Azərbaycana səfərinin çox yüksək səviyyədə keçdiyini, istər dövlət və hökumət rəsmiləri, istərsə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərin nəticələrindən olduqca məmnun qaldığını yazmışdır. BMT-nin rəsmisi Tərtər və Bərdə rayonlarına səfərinin burada məskunlaşmış qaçqın və məcburi köçkünlərin ürəkağrıdıcı vəziyyəti ilə tanış olması baxımından çox faydalı olduğunu qeyd etmişdir.
Səfər zamanı Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik inkişafının şahidi olduğunu vurğulayan A.Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT üzrə QHT-lərin milli əlaqələndiricisi seçilməsi münasibətilə təbriklərini çatdırmış, İqtisadi-Sosial Şuranın QHT-lər üzrə bölməsi ilə BAMF arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında