Azərbaycan "Dünyanın nəbzi-2010" dialoqunda iştirak edən doqquz ölkə sırasındadır

ABŞ Prezidenti Barak Obamanın Misirin paytaxtı Qahirədə "Yeni Başlanğıclar" adlı çıxışından irəli gələn beynəlxalq virtual internet dialoqda Azərbaycan da iştirak edir.

{nl}

Martın 30-da Bakının beş müxtəlif guşəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycan vətəndaşları ilə dünyanın fərqli hissələrindəki insanlar arasında təhsil, ətraf mühitin qorunması, gənclər, qadınların cəmiyyətdə rolunun artırılması kimi mövzular ətrafında müzakirələr aparmaq məqsədi ilə "Dünyanın nəbzi-2010" adlı tədbir keçirmişdir.

{nl}

Həmin gün ABŞ səfirliyinin dəstəyi ilə Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Amerika Mərkəzində "Gənclərin liderliyi" mövzusunda onlayn müzakirə aparılmışdır.

{nl}

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu bildirmişdir ki, "Dünyanın nəbzi-2010" təşəbbüsünün məqsədi insanların daha yaxşı gələcək qurmaq naminə birlikdə çalışmasından ibarətdir. Qlobal problemlər qlobal həll yolları tələb edir və Prezident Barak Obama yeni ideyalar axtarışı məqsədi ilə tərəfdaşlarla əlaqə qurulmasını prioritet məsələ elan etmişdir. D.Lu vurğulamışdır ki, "Dünyanın nəbzi-2010" təşəbbüsünə minlərlə iştirakçı qoşulsa da, Azərbaycan bu tədbirdə iştirak etmək üçün seçilmiş doqquz ölkədən biridir və bu da ABŞ hökumətinin Azərbaycan ilə qarşılıqlı faydalı tərəfdaşlığa verdiyi xüsusi önəmin bariz nümunəsidir.

{nl}

"Dünyanın nəbzi-2010" adlı üçgünlük virtual tədbirdə planetin müxtəlif guşələrindən minlərlə insan bəşəriyyətin üzləşdiyi ən ümdə problemlərin həlli yollarını müzakirə edəcəkdir.

{nl}

 AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında