Heydər Əliyev qədirbilən Azərbaycan və Ukrayna xalqlarının xatirəsində əbədi yaşayacaqdır

Regionlararası İşçiləri İdarəetmə Akademiyası (RİİA) sistemində fəaliyyət göstərən Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsi yad edilmişdir.
Əvvəlcə iştirakçılar Azərbaycanın dahi oğlunun və Ukrayna xalqının səmimi dostunun adını daşıyan Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutu qarşısında Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzmüşlər.
Yığıncağı açan RİİA-nın elmi işlər üzrə prorektoru, siyasi elmlər doktoru Nikolay Qolovatı Heydər Əliyev şəxsiyyətinin beynəlmiləlliyini, bütün dünyada onun populyarlığını, habelə böyüməkdə olan nəslə örnək olacaq görkəmli diplomatik nailiyyətlərini qeyd etmişdir. O bildirmişdir ki, bu gün təkcə hər bir gələcək diplomat deyil, həm də hər bir vətəndaş müdrikliyi, uzaqgörənliyi və məsuliyyətliliyi ondan öyrənməlidir.
Sonra ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli tədbirin iştirakçılarına, akademiyada təhsil alan azərbaycanlı tələbələrə müraciət edərək demişdir ki, Heydər Əliyev yeni Azərbaycanın yolunu, strategiyasını və rifahını müəyyənləşdirmiş böyük insan və siyasətçidir.
Beynəlxalq əlaqələr üzrə prorektor - RİİA-nın Beynəlxalq Açıq Universitetinin baş direktoru, siyasi elmlər doktoru İqor Pilyayev demişdir: "Mən şadam ki, akademiya Şərqi, İslam sivilizasiyasını, onun Avropa ilə əlaqələrini öyrənən nadir tədris müəssisəsidir. Ölkəniz beynəlxalq aləmdə ildən-ilə daha böyük nüfuz qazanır, ölkənin sosial-iqtisadi inkişafı çox böyük sürətlə gedir".
ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədovun, Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Möhlət Hüseynovun, Ukrayna Azərbaycanlıları Konqresi Məclisinin sədri Akif Gülməmmədovun, "İşıq" müsəlman cəmiyyətinin başçısı Hacı Əbülfəsin (Qasımovun) və bir çox başqalarının çıxışlarında səmimi xatirələr səslənmiş, ulu öndər Heydər Əliyevə minnətdarlıq sözləri ifadə olunmuşdur.
Görüşün sonunda Azərbaycanın Ukraynadakı səfiri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə iştirak etmiş səfirlik və bütün təşkilatlar adından akademiyaya minnətdarlığını bildirmiş və ona uğurlar arzulamışdır.
Diplomat demişdir: "Məlum olduğu kimi, Akademiya burada təhsil alan azərbaycanlı tələbələrin sayına görə Ukraynanın tədris müəssisələri arasında birinci yeri tutur. Arzu edirəm ki, bu meyil davam etsin, axı bizi birləşdirən cəhətlər çoxdur. Məsələn, dekabrın 31-də biz Heydər Əliyevin təsis etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü birlikdə qeyd edəcəyik".
Tədbirin sonunda iştirakçılar ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında