YAP Nərimanov rayon təşkilatının VIII konfransı keçirilmişdir

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının VIII konfransı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev konfransda hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, YAP yarandığı gündən şərəfli yol keçmişdir. Ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərlik etməsi nəticəsində YAP çox qısa müddətdə iqtidar partiyasına çevrildi. Heydər Əliyevin böyük siyasi nüfuzu partiya sıralarının genişlənməsinə səbəb oldu. Bu gün Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyev ümummilli liderin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı dinamik inkişaf yolu ilə irəliyə aparır.
T.Tağıyev bildirmişdir ki, YAP Nərimanov rayon təşkilatının 16 min 598 üzvü vardır ki, onlar 129 ilk təşkilatda təmsil olunurlar. Hesabat dövründə partiyanın rayon təşkilatının üzvləri prezident, parlament və bələdiyyə seçkilərində fəallıq göstərmiş, rayonda həyata keçirilən quruculuq işlərində yaxından iştirak etmişlər.
Məruzə ətrafında müzakirələrdən sonra YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın yaranması və inkişafı tarixinə nəzər salaraq demişdir ki, bu gün Heydər Əliyev İdeyalarının daşıyıcısı olan partiya dövlətlə vətəndaşlar arasında körpü rolunu oynayır. Hər bir partiya üzvü Azərbaycan Prezidentinin həyata keçirdiyi quruculuq tədbirlərinin mahiyyətini vətəndaşlara çatdırmalıdır. YAP böyük yol keçib, lakin qarşıda da böyük işlər vardır. Ona görə də gənclərin partiyaya cəlb edilməsi işini daha da gücləndirmək lazımdır. Bu gün partiyamızın 550 mindən çox üzvü vardır. YAP üzvlərinin çoxluğu yalnız statistika deyil, həm də o deməkdir ki, partiyanın nüfuzu, qüvvəsi gündən-günə artır. YAP sıralarında cəmiyyətin ən hörmətli adamları təmsil olunurlar.
YAP Siyasi Şurasının üzvü, təhsil naziri Misir Mərdanov konfransın əlamətdar ildə - Azərbaycanın müstəqilliyinin iyirminci ilində keçirildiyinə diqqət salaraq demişdir ki, 20 il tarix üçün o qədər də böyük dövr deyildir. Lakin bu 20 ildə Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev yüz ilə bərabər iş görmüşlər.
Azərbaycanın 155 dövlətin dəstəyini alaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktı Prezident İlham Əliyevin nə qədər uğurlu siyasət apardığını göstərir.
Müstəqillik illərində bütün sahələrdə olduğu kimi, təhsildə də böyük nailiyyətlər qazanılmışdır. Bu gün 10 mindən çox tələbəmiz xaricdə təhsil alır. Gənclərin xaricdə təhsil almaları üçün büdcədən 15 milyon manat vəsait ayrılmışdır. Bu işlər Prezidentimiz tərəfindən Azərbaycanın gələcəyi üçün həyata keçirilir.
YAP Siyasi Şurasının üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonda həyata keçirilən quruculuq işlərindən danışaraq bildirmişdir ki, 2011-ci ilin ötən dövründə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyev rayonda 30 obyektin açılışında iştirak etmişdir. Partiyanın rayon təşkilatı icra hakimiyyəti ilə birlikdə bir çox nailiyyətlər əldə etmişlər. Lakin bunlarla kifayətlənmək olmaz, daha irəliyə getmək lazımdır.
Çıxışlardan sonra konfransın qərarı oxunmuş və YAP Nərimanov rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Sonra təşkilati məsələyə baxılmış, Təmraz Tağıyev yenidən YAP Nərimanov rayon təşkilatının sədri seçilmışdir.
Daha sonra şura və nəzarət-təftiş komissiyasının üzvləri seçilmişlər.
Konfransda YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında