Azərbaycanda aparılan məhkəmə islahatları örnək kimi dəyərləndirilir

Azərbaycanda məhkəmə-hüquq islahatlarına dair beynəlxalq konfransda iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stava və BMT-nin Məhkəmələrin ədalətliliyi və şəffaflığı üzrə hakimlər Qrupunun əlaqələndiricisi Nihal Cayavikrama dekabrın 14-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşmüşlər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, konfransda iştiraka və maraqlı çıxışlara görə qonaqlara təşəkkürünü bildirən nazir tədbirin məhkəmə sistemi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləmiş, konfransın əsas mövzularından olan və hakimlərin müstəqilliyinin, obyektivliyinin təmin olunmasına, korrupsiyanın qarşısının alınmasına yönələn Hakimlərin davranışı üzrə BMT-nin Banqalor adlanan prinsiplərinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolunu qeyd etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat vermiş, bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən BMT və Avropa Şurası ilə səmərəli əməkdaşlığı vurğulamışdır.
G.Stava ölkəmizə səfərdən məmnunluğunu ifadə edərək CEPEJ-lə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir. Qonaq qeyd etmişdir ki, komissiyanın dekabrın 7-8-də keçirilmiş sonuncu iclasında Azərbaycanın məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması ilə bağlı görülən genişmiqyaslı işlər böyük marağa səbəb olmuş, yüksək qiymətləndirilmişdir. Bu sahədə görülən tədbirlərə, qoyulan sərmayələrə, ən müasir informasiya-kommunikasiya texnologiyalarının və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül dövlət olduğu vurğulanmışdır. Həmçinin hakimlərin tədrisinə və maarifləndirmə işinin aparılmasına, o cümlədən bütün Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEJ-in əhatəli hesabatlarının ana dilinə tərcümə edilərək hakimlər arasında yayılmasını təmin edən ilk dövlət olduğumuz xüsusi təqdir edilmişdir.
Görüşdə bildirilmişdir ki, respublikamızda hakimliyə namizədlərin seçimi qaydaları CEPEJ ekspertləri tərəfindən ölkəmizə səfər edilərək izlənilmiş və nəticəsi üzrə hazırlanmış hesabatda bu prosedur xüsusi şəffaflığı, obyektivliyi ilə fərqləndirilmiş, komissiyanın həmin iclasında bununla bağlı xüsusi qərar qəbul olunaraq Azərbaycanın bu müsbət təcrübəsi Avropa dövlətlərinə örnək kimi tövsiyə edilmişdir.
Şri-Lankanın ədliyyə naziri olmuş N.Cayavikrama konfransın uğurla keçməsini qeyd edərək BMT-nin Banqalor prinsiplərinin hazırlanması prosesinə rəhbərlik etdiyini və Azərbaycanda bu prinsiplərin tətbiqinə böyük diqqətin şahidi olduğunu vurğulamışdır. Qonaq Azərbaycanın Banqalor prinsiplərinin və onunla bağlı bütün aidiyyəti sənədlərin tərcüməsini və hakimlər arasında yayılmasını təşkil edən yeganə ölkə olduğunu yüksək qiymətləndirmişdir.
Qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında