Azərbaycanlı alim Hindistanda keçiriləcək beynəlxalq seminarda Nizami Gəncəvi haqqında məruzə edəcəkdir

2012-ci ilin fevralında Hindistanda Avropa ölkələrinin bir çox tanınmış şərqşünas alimlərinin, eləcə də Yaxın və Orta Şərq ölkələrindən olan görkəmli mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi seminar keçiriləcəkdir. 
Fevralın 1-dən 5-dək davam edəcək elmi məclisi Hindistanın aparıcı təhsil və elm ocaqlarından olan Quvahati Universiteti təşkil edir. Orta əsrlərin fəlsəfi-ədəbi cərəyanlarının və sufizmin kontekstində Hindistan, İran, Qafqaz mədəni irsinin inkişaf xüsusiyyətləri, həmçinin Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Türkiyə, Orta Asiya mədəniyyətləri və ədəbiyyatlarının qarşılıqlı təsirləri məsələlərinə həsr edilən elmi seminarda 100-dən artıq məruzə dinləniləcək, müzakirələr aparılacaqdır.
Tədbirdə Azərbaycanı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Rafael Hüseynov təmsil edəcəkdir. Elmi seminarın gündəliyinə Rafael Hüseynovun 2 məruzəsi daxil edilmişdir. 16 istiqamət üzrə aparılacaq elmi seminarın "Klassik sufizmin başlanğıcdan yeni dövrədək keçdiyi yol. Sufizmin irsi və müdrikliyi" bölməsində R. Hüseynovun təqdim edəcəyi məruzə "XI əsrin filosof şairi Baba Tahir Üryanın fəlsəfi və ədəbi irsində ilahi və insani sevgi" adlanır. Elmi seminarın "Mədəni irsin Hindistan, İran, Əfqanıstan, Azərbaycan və Mərkəzi Asiya arasındakı qarşılıqlı zənginləşmədə yeri" bölməsində isə R.Hüseynovun "Nizami Gəncəvinin hind ədəbiyyatı və mədəniyyətinə təsirləri" mövzusunda məruzəsi dinləniləcəkdir. Həmin araşdırmada konkret faktlar əsasında Nizami "Xəmsə"sinin bilavasitə təsiri ilə XIII əsrdən, Əmir Xosrov Dəhləvidən başlayaraq XIX əsrədək Hindistanda Azərbaycan dahisinin əbədiyaşar məsnəvilərinə yazılmış cavablardan bəhs edilir.
Beynəlxalq elmi seminarın materialları ingilis dilində ayrıca kitab şəklində nəşr ediləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında