Azərbaycan gəncləri üçün misilsiz örnək

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdi. Mərasimdə akademiyanın professor-müəllim, tələbə və müdavimləri iştirak etmişlər. Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, akademiyadakı büstünün önünə gül dəstələri qoyulmuşdur. 
Tədbirdə akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayev çıxış edərək, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyası mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Türk dünyasının böyük oğlu, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca daim ürəklərdə yaşayacaqdır.
Sonra akademiyanın "fəlsəfə və sosial psixologiya" kafedrasının müdiri, professor Tofıq Rəsulov, magistratura şöbəsinin müdiri, professor Namik Axundov, aspirantura şöbəsinin müdiri, professor Musa Quluzadə çıxış edərək Azərbaycan xalqının fenomen şəxsiyyəti Heydər Əliyevlə bağlı xatirələrindən, onun həyat və fəaliyyətinin müasir Azərbaycan gəncliyi üçün örnək ola biləcək məqamlarından söhbət açdılar.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında