Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur

Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada keçirdiyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi qardaş ölkənin bütün aparıcı mətbuat orqanlarının diqqət mərkəzində olmuşdur. 
Anadolu, İhlas, Cihan xəbər agentlikləri yaydıqları informasiyalarında dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin ulu öndərin Türkiyə və bütün türk dünyası qarşısında əvəzsiz xidmətlərinə dair fikirlərinə geniş yer vermişlər.
TRT və "Kanal B" televiziya kanallarında isə Əli Həsənovun ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətləri barədə müsahibələri yayımlanmışdır.
"Milliyyət", "Akşam", "Sabah" qəzetləri, "CNN-Türk" televizya kanalı Cəmil Çiçəyin "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında təbii sərvətləri məhv edərək insanlığa qarşı bir cinayət törətdiyi, Xocalı qətliamında Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın iştirak etdiyi" sözlərini önə çıxarmışlar.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında