Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 17-də Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.
Məlumatda qeyd olunur ki, qurultayın işində millət vəkilləri, siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Qurultayda BAK-ın yeni İdarə Heyəti formalaşdırılacaq, yeni sədr seçiləcək.
Mərkəzi mənzil-qərargahı Amsterdam şəhərində yerləşən BAK 2006-cı ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində Azərbaycan diasporunun təşkilatlanması üçün mühüm işlər görmüşdür. BAK Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, xalqımızın milli-mədəni irisinin, zəngin tarixinin təbliği sahəsində bir sıra tədbirlər həyata keçirmişdir və Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədəyönlü iş aparır.
Benilüks ölkələrində fəaliyyət göstərən İraq türkmənlərinin icmaları da BAK-ın tərkibinə daxildir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında