Azərbaycanda maraqlı arxeoloji tapıntı aşkar olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Şamaxı rayonundakı orta əsrlərə aid Gülüstan qalasında aparılan arxeoloji qazıntılar zamanı maraqlı tapıntı əldə etmişdir.
İnstitutun Şamaxı-Ağsu Ekspedisiyasının rəisi Akif Quliyev bazar ertəsi Trend-ə bildirmişdir ki, qalada Rusiyanın Sankt Peterburqdakı Dövlət Ermitaj Muzeyində saxlanılan Pir Hüseyn Xanəgahından olan kaşıların bənzəri aşkar olunmuşdur.
Gülüstan qalasında aparılan arxeoloji qazıntılar zamanı qazıntı sahəsinin 3-cü kvadratından tapılmış kaşı formasına və hazırlanmasına görə Hacıqabul rayonunda yerləşən Pirsaatçay üzərindəki Pir Hüseyn Xanəgahının kaşıları ilə eynilik təşkil edir.
Quliyevin sözlərinə görə, Pir Hüseyn Xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları var. XIII əsrdə Pir Hüseyn Rəvvanın məqbərisində, türbənin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəri hesab olunur.
"Akademik Bartold və Dorn bir zamanlar Pir Hüseyn Xanəgahında olarkən onun içərisində olan bu kaşıların gözəlliklərinə heyran qalıblar. Bu zamandan da kaşıların Azərbaycandan daşınılmasına başlanılıb. Artıq 1907-ci idə çəkilmiş fotolardan aydın görünür ki, bu kaşılar vəhşiliklə qopardılaraq aparılıb. Kaşılar Moskva, Peterburq, Tiflis şəhərlərinə aparılırdı. Lakin bir müddət sonra bu kaşılar Parisdə satılmağa başlanır. Bu zamandan Xanəgahda bu kaşılardan əsər-əlamət qalmır. Bu gün Pir Hüseyn Xanəgahından olan bu kaşıların bir qismi Sank Peterburqda Ermitaj muzeyində saxlanılır", - deyə Quliyev əlavə etmişdir.
Gülüstan Qalasında da Pir Hüseyn Xanəgahındakı kimi bəzədilmiş məqbərənin olduğu güman edilir. Lakin bu, gələn il Gülüstan qalasında aparılan arxeoloji qazıntılardan sonra daha dəqiq məlum olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında