Türkiyəli nazir Ermənistan prezidentini lovğalıqda təqsirləndirmişdir

Ermənistan Prezidenti Serj Sarkisyanın "Türkiyə "erməni soyqırımı"na qarşı münasibətinə yenidən baxmalıdır" barədə bəyanatı onun lovğalığını nümayiş etdirir. Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri bazar ertəsi Türkiyənin Aİ ilə münasibətləri üzrə naziri Egemen Baxış demişdir.
"Heç kim türkləri diz çökdürməyə məcbur edə bilməz", - deyən nazirin fikrincə, Sarkisyan ilk növbədə öz ölkəsinin acınacaqlı iqtisadi vəziyyətinin qayğısına qalmalıdır, Ermənistan əhalisi gündən-günə azalır: "Ermənistan vətəndaşları qazanc arxasınca Türkiyəyə və digər ölkələrə gedirlər. Bu üzdən Ermənistanda təxminən 4 milyon əhalidən 2 milyonu qalıb".
Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, Ankara və Yerevan arasında münasibətlər Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarını azad etməsindən sonra bərpa oluna bilər.
İki ölkə arasındakı diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın "erməni soyqırımı" iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında