Kapital Bank nüfuzlu mükafata layiq görüldü

Kapital Bank Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyasının yüksək mükafatına layiq görülüb. Bank 2011-ci il üzrə "Ən yaxşı şirkət" nominasiyasının qalibi elan edilib. "Kapital Bank" ASC İdarə Heyətinin sədri Elmar Məmmədov isə Avropa Biznes Assambleyası tərəfindən "İlin top meneceri" seçilib. 
10-13 dekabr 2011-ci il tarixində Böyük Britaniyanın Oksford şəhərində təşkil edilən Oksford Liderlər Sammiti çərçivəsində mükafatın təqdimatı mərasimi keçirilib. Tədbirə Şərqi və Mərkəzi Avropa, Baltikyanı ölkələr, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri qatılıb.
Avropa Biznes Assambleyasının bu seçimi Kapital Bankın fəaliyyəti ilə bağlı statistik göstəricilərə, reytinq və PR agentliklərinin nəticələrinə əsaslanır. Assambleya hər il Avropada sürətlə inkişaf edən effektiv şirkətlərin və biznes fəaliyyətində uğur qazanmış iş adamlarının adlarını müəyyənləşdirir.
Qurumun əsas məqsədi postsovet ölkələrində iqtisadi və demokratik islahatlar proqramlarının dəstəklənməsi, Avropa məkanında onların nüfuzunun yüksəldilməsindən ibarətdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında