Mingəçevirdə silsilə tədbirlər

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə şəhərin idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil müəssisələrində tədbirlər keçirilmişdir. Dekabrın 12-də şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri, minlərlə şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Şəhər ictimaiyyətinin nümayəndələri və YAP şəhər təşkilatının fəalları birgə təşkil etdikləri "Heydər Əliyev əməlləri ilə Azərbaycan tarixində əbədiyaşayar ümummilli liderdir" mövzusunda elmi-nəzəri konfransı şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov açmış və məruzələr dinlənilmişdir.
"Heydər Əliyev bütöv şəxsiyyət mücəssiməsidir" mövzusunda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, "Heydər Əliyev müstəqil dövlətimizin banisi, milli inkişaf strategiyasının müəllifidir" mövzusunda Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, "Heydər Əliyev qurucu və xilaskar liderdir" mövzusunda MPİ-nin baş müəllimi, texnika elmləri namizəldi Kifayət Məmmədova, "Azərbaycanın müasir inkişafı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xəttin uğurlu davamıdır" mövzusunda YAP şəhər təşkilatı gənclər birliyi idarə heyətinin üzvü Lamiyə İbrahimova məruzələrlə çıxış etmişlər.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov yekun nitqini söyləyərək, qeyd etmişdir ki, energetiklər şəhəri olan Mingəçevirin günü-gündən abadlaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərimiz məhz onun dövründə böyük sənaye şəhərinə çevrilmiş, istilik elektrik stansiyasının tikilişi onun dövründə olmuşdur. Bu gün Mingəçevirin inkişafı onun ideyalarının təzahürülür. Onun əbədi xaitirəsi hər bir mingəçevirlinin ürəyində daimi yaşayacaqdır. Anım tədbirləri davam edir.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında