Sabirabadlılar ulu öndərin xatirəsini daim uca tuturlar

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 8 ili ilə əlaqədar Sabirabad rayonunda anım mərasimi keçirildi.
Ulu öndərin əzəmətli büstü qarşısında düzənlənən tədbirdə əvəzsiz şəxsiyyətin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərimizin mənalı ömür yolu vətənə sədaqət nümunəsi olmuşdur,-deyə çıxışa başlayan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirdi ki, müstəqil Azərbaycan dövləti dahi Heydər Əliyevin şah əsəridir, öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə onun adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Sabirabadın yenidən qurulmasında, inkişafında və formalaşmasında da Heydər Əliyevin tarixi rolu, xidmətləri əvəzsizdir. 15 dəfə bu regiona səfər etmiş, böyük sənaye müəssisələrinin, mədəni, inzibati və sosial obyektlərin ərsəyə gəlməsinə yaxından köməklik göstərmiş dahi şəxsiyyətin əziz xatirəsi hər bir sabirabadlının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev ideyalarının yaşadılması, onun dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi naminə möhtəşəm, yorulmaz fəaliyyətinə görə bütün xalqımız kimi sabirabadlılar da ölkə Prezidenti möhtərəm İlham Əliyevə minnətdardılar. Biz əminik ki, onun uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti xalqımızı və dövlətimizi daha parlaq gələcəyə qovuşduracaqdır. Azərbaycan durduqca Heydər Əliyev də olacaqdır, onun amalları həyatımıza daim işıq saçacaqdır.
Sonra beş mindən çox mərasim iştirakçısı həzin musiqi sədaları altında ulu öndərin abidəsi önünə əklillər və tər güllər qoyaraq dahi rəhbərə ehtiramlarını bildirdilər.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında