Sumqayıtlılar ümummilli liderin xatirəsini ehtiramla anmışlar

Azərbaycan xalqı səkkiz ildir ki, dekabrın 12-də dərin hüznlə özünün böyük oğlu Heydər Əliyevin xatirəsini anır. İki əsrin böyük siyasi xadiminin ölümündən keçən illər göstərmişdir ki, milyonlarla azərbaycanlının qəlbində Heydər Əliyev əbədi yaşayacaqdır. Səhər tezdən Sumqayıtın hər tərəfindən insanlar şəhərin mərkəzinə - Heydər Əliyevin adını daşıyan prospektdə ulu öndərin abidəsinin qarşısındakı meydana axışmışlar. 
Sumqayıtlılar böyük dövlət və siyasi xadim, vətənpərvər Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla anmış, dahi azərbaycanlının səsini dinləmişlər. Onun böyük Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən oxuduğu misralar gələcək nəsillərə Vətəni sevmək, qorumaq və onun qayğısına qalmaq çağırışı kimi səslənmişdir.
Mərasim iştirakçıları arasında şəhərin, hüquq mühafizə orqanlarının, bələdiyyələrin, sənaye müəssisələrinin, təşkilat və idarələrin, ictimai qurumların, özəl sektorun rəhbərləri, əmək veteranları, habelə şəhər ictimaiyyətinin nümayəndələri olmuşdur.
Ölkənin tərəqqisində, şəhərin inkişafında misilsiz xidmətləri olan ulu öndərə ehtiramını bildirmək, onun ruhu qarşısında baş əymək üçün rekviyem sədaları altında abidəyə doğru axışan sumqayıtlıların ardı-arası kəsilmirdi. Ümummilli liderin xatirəsinə ehtiramını bildirmək arzusunda olanlar meydana sığmırdı.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gül qoyma mərasimindən sonra jurnalistlərlə söhbətində demişdir: "Ümummilli lider Heydər Əliyev həm rəhbərlik dəst-xəttinə, həm də təfəkkür tərzinə görə bütöv bir epoxanın təcəssümü idi. Yüksək peşəkar və bacarıqlı təşkilatçı, nadir siyasi təfəkkürə və müdrikliyə malik ulu öndərin fenomenal qabiliyyətləri respublikanın perspektivli, dinamik inkişafının əsaslarını müəyyən etmişdir". E.Əzizov Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində misilsiz xidmətlərindən danışarkən vurğulamışdır ki, ümummilli lider müstəqil dövlət yaratmış və özünə layiqli varis hazırlamışdır.
Heydər Əliyevin abidəsi qarşısındakı meydanda quraşdırılmış monitorda Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətini əks edən videoxronika kadrları nümayiş etdirilmişdir.
Qeyd edək ki, ulu öndərin vəfatının növbəti ildönümü ərəfəsində şəhərin bütün müəssisələrində və əmək kollektivlərində xatirə tədbirləri keçirilmişdir. Taleyi Sumqayıtla sıx bağlı olan böyük rəhbəri şəxsən tanıyan şəhər sakinləri sevimli Prezidentləri - bütün ömrünü xalqa xidmətə, dövlətin inkişafına həsr etmiş İnsan haqqında xatirələrini bölüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında