Serbiyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə əlaqədar ölkəmizin Serbiyadakı səfirliyində anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, mərasimdə Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, jurnalistlər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Belqraddakı "Taşmaydan parkı"na gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Diplomatik nümayəndəliyimizdə davam etmiş mərasimdə səfirliyin müşaviri Qabil Köçərli çıxış edərək görkəmli siyasi xadim Heydər Əliyevin şanlı həyat yolu və fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş film təqdim edilmiş, ulu öndərin ruhuna dualar oxunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında