Suriyada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılmışdır

Dekabrın 12-də Azərbaycanın Suriyadakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, diplomatik nümayəndəliyimizin əməkdaşları, Suriyada yaşayan azərbaycanlıların iştirak etdiyi mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Mahir Əliyev istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimizin bərpa olunduğu illərdə uzaqgörən, müdrik şəxsiyyət Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində yorulmaz səylərindən danışmışdır. Bildirilmişdir ki, ölkəsini sevən hər bir azərbaycanlı ulu öndərin xatirəsini həmişə böyük ehtiramla yad edəcəkdir.
Diplomat hələ ötən əsrin 70-80-ci illərində xalqımızın milli dirçəlişində, milli özünüdərkində, eləcə də ölkəmizin təbii sərvətlərinin gələcək nəsillər üçün qorunmasında ulu öndərin əvəzsiz xidmətlərini xüsusi vurğulamışdır.
Səfir ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan üçün olduqca ağır bir vəziyyətdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə xaosa, özbaşınalığa son qoyulduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını diqqətə çatdırmışdır.
M.Əliyev hazırda dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olan Azərbaycanın strategiyasının əsasının da məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir.
Digər çıxış edənlər də ulu öndərin həyat və fəaliyyəti ilə bağlı fikirlərini bölüşmüşlər.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında