Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini anmışlar

Ümummilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz fəaliyyəti, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin hərtərəfli inkişafında, demokratik hüquqi dövlətin qurulmasında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi hər zaman hədsiz məhəbbətlə və böyük ehtiramla yad edilir.
Müasir tariximizdə danılmaz rolu olan ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə orqanlarında geniş tədbirlər keçirilmiş, o cümlədən nazirlikdə Heydər Əliyev Muzeyində əbədiyaşar liderin mənalı həyatını və çoxşaxəli fəaliyyətini əks etdirən zəngin sənədlər, fotoşəkillər, maraqlı ekspozisiyalarla tanışlıq olmuş, xüsusi stend yaradılmış, dahi öndərə həsr olunmuş film nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 12-də ədliyyə işçiləri Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək, ulu öndərə sonsuz və dərin ehtiramlarını bildirmişlər.
Sonra nazirlikdə ümummilli liderin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdən əvvəl ədliyyə işçiləri dahi öndərin nazirlikdəki büstü önünə tər çiçəklər qoymuşlar.
Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, milli dövlətçiliyin qorunub saxlanmasında nüfuzlu siyasi və dövlət xadimi kimi müstəsna rolundan və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən hüquq sisteminin və ədliyyə orqanlarının inkişafına verilən yüksək töhfələrindən bəhs etmiş, dahi rəhbərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da çiçəklənməsini, xalqımızın bütün sahələrdə yüksək nailiyyətlər qazanmasını vurğulamışdır.
Çıxış edən ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirmiş, əbədiyaşar liderin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində ölkəmizin başçısına layiqli yardımçı olacaqlarını söyləmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında