Dağıstan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Dekabrın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Məhəmməd-Sultan Məhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Görüşdə qeyd edilmişdir ki, Dağıstan nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar Bakıya gəlmiş və Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edərək xatirəsinə ehtiramını bildirmişdir.
Milli Məclisin sədri ulu öndər haqqında söylədiyi xoş sözlərə görə Dağıstan parlamentinin rəhbərinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Xalqlarımız arasındakı tarixi və mənəvi yaxınlıq münasibətlərimizi daha da dərinləşdirir. Parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində də əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Məhəmməd-Sultan Məhəmmədov Azərbaycanın son illərdə əldə etdiyi uğurları yüksək dəyərləndirmiş, Dağıstanın gələcəkdə də Azərbaycan ilə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulamışdır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında