Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Naxçıvanda dərin ehtiramla yad edilmişdir

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilmişdir. 
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərin abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymuş, əbədiyaşar şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, müəssisə və təşkilatların təmsilçiləri, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri də daxil olmaqla, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətin ifadəsi olaraq onun abidəsini ziyarət etmişlər.
Bu ilin oktyabrında 20-ci ildönümünü qeyd etdiyimiz dövlət müstəqilliyinin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulmuşdur. Muxtar respublikada müstəqilliyin bərpasının 20-ci ildönümü sosial-iqtisadi sahədə qazanılan böyük uğurlarla qeyd olunmuşdur. Bu dövrdə muxtar respublikada hərtərəfli inkişaf yolu keçilmiş, həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılmış, 260 elm və təhsil ocağı, 295 mədəniyyət, 188 səhiyyə müəssisəsi, 3425 istehsal, xidmət və digər infrastruktur obyekti istifadəyə verilmiş, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Ümumi daxili məhsul 60 dəfə, sənaye məhsulları 117,2 dəfə, xarici ticarət dövriyyəsi isə 114 dəfə artmışdır. Muxtar respublikanın əldə etdiyi sosial-iqtisadi uğurlar məhz dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsinin nəticəsi, Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Müstəqil Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanın bugünkü inkişafı dahi şəxsiyyətin unudulmaz xatirəsinə ən böyük ehtiramın ifadəsidir.
Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın rayonlarında da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında