Bakı-Moskva aviareysinin sərnişinindən gizli yolla təyyarəyə keçirdiyi 253.800 dollar götürülmüşdür

Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Bakı-Moskva aviareysi ilə hərəkət etmək istəyən Azərbaycan vətəndaşının üzərinə baxış keçirilmişdir.
APA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Emin Ramazanov gömrük nəzarətindən keçdikdən sonra təyyarənin bortunda saxlanılıb və qanunvericiliyə uyğun olaraq, hal şahidlərinin iştirakı ilə onun əl çantasına baxış keçirilmişdir.
Baxış zamanı həmin çantadan 2538 ədəd - hər biri 100 ABŞ dolları nominalında olmaqla, 253800 ABŞ dolları aşkar olunaraq, protokol əsasında götürülmüşdür.
İlkin araşdırma zamanı E. Ramazanov izahatında bildirmişdir ki, çantasından aşkar olunan 253800 ABŞ dollarını ona Heydər Əliyev Beynəlxalq Aeroportunun məhdud girişli steril zonasındakı sanitariya qovşağında "Azərbaycan Hava Yolları" QSC Aviasiya Təhlükəsizlik İdarəsinin növbə rəisi müavini Rəşadət Vəliyev öz üzərində səhər saatlarında gömrük nəzarətindən gizli keçirdikdən sonra vermişdir. Faktla bağlı təhqiqat aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında