Cəzaçəkmə müəssisəsindən qaçmış məhkumu MTN-in əməliyyat qrupu yaxalamışdır

Dekabrın 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 nömrəli məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin- Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun MTCM-dən qaçması barədə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) məlumat daxil olmuşdur. 
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilmiş və Faig Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 2011-ci il dekabrın 9-da saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən "Asfar" qapalı futbol kompleksinin ərazisində MTN-in əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanmış və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında