Avropa Parlamentinin üzvləri ARDNŞ-də olmuşlar

Dekabrın 9-da ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvləri Dominik Rike, Filip Bulan və Belçika parlamentinin üzvü Alen Desteks ilə görüşmüşdür.
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, Xoşbəxt Yusifzadə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləmiş, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsində qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd etmişdir. Qonaqlar Azərbaycanın qədim neft ölkəsi olduğunu yaxşı bildiklərini və neft sənayesinin flaqmanı olan Dövlət Neft Şirkətinə gəlməkdən məmnunluqlarını ifadə etmişlər.
Akademik X.Yusifzadə Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini söyləmiş, hələ sovet dövründə onlar tərəfindən Xəzər dənizinin müxtəlif milli sektorlarında yerləşən böyük neft-qaz yataqlarının kəşf olunduğunu, keçmiş SSRİ-nin bir çox yerlərində neft sənayesinin əsası qoyulduğunu diqqətə çatdırmışdır. Daha sonra Avropa Parlamentinin üzvlərini maraqlandıran sualları cavablandıran X.Yusifzadə onlara ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi və bu strategiya çərçivəsində regional əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi haqqında ətraflı məlumat vermişdir. O, Azərbaycanda hasil olunan karbohidrogenlərin dünya bazarlarına çıxarılması məqsədilə qısa müddətdə şaxələndirilmiş neft və qaz kəmərləri sisteminin yaradılmasından söz açmış, bildirmişdir ki, hazırda bu sistemə 3 böyük neft (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk) və 4 qaz (Bakı-Tbilisi-Ərzurum, Mozdok-Qazıməmməd, Qazıməmməd-Rəşt və Qazıməmməd-Qazax) kəmərləri daxildir. Azərbaycanın karbohidrogen ehtiyatlarının zəngin olduğunu vurğulayan X.Yusifzadə təbii qazın ixracı məsələsində iqtisadi səmərəliliyin əsas götürüldüyünü qeyd etmiş, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində işlərin davam etdirildiyini söyləmiş, ARDNŞ-in son illər ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında ətraflı məlumat vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında