Ədliyyə Akademiyasında qaçqın və məcburi köçkünlərin vəziyyəti müzakirə edilmişdir

Ədliyyə Nazirliyinin Akademiyasında Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşkilatçılığı ilə qaçqın və məcburi köçkünlərin problemlərinə dair tədbir keçirilmişdir.
Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı daimi nümayəndəsi Daq Siqurdson iştirak etmişdir.
Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru İlham Abbasov qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, beynəlxalq təcrübə və beynəlxalq təşkilatlar, xüsusən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq barədə ətraflı məlumat vermişdir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı daimi nümayəndəsi Daq Siqurdson nümayəndəlik tərəfindən son illərdə görülmüş işlərdən danışmış, sualları cavablandırmışdır.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov tədbirdə çıxış etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında