Moldovada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş "Xüsusi təyinat" filminin təqdimatı olmuşdur

Dekabrın 9-da Moldovanın Beynəlxalq Azad Universitetində tanınmış rejissor Vaqif Mustafayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş "Xüsusi təyinat" filminin təqdimat mərasimi keçirilmişdir.  
Rusiyanın və Azərbaycanın Moldovadakı səfirliklərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində çıxış edən səfir Namiq Əliyev film haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, film Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən XX əsrin ən iri strateji obyektlərindən olan Baykal-Amur magistralının inşasında xüsusi xidmətlərindən bəhs edir.
Mərasimdə iştirak edən Moldovanın sabiq prezidenti Petru Luçinski ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini danışmışdır.
Rusiyanın Moldovadakı səfiri Valeri Kuzmin bildirmişdir ki, Rusiya-Azərbaycan dostluq əlaqələrinin yeni müstəvidə inkişafının əsasını məhz ümummilli lider Heydər Əliyev qoymuşdur.
Azərbaycanın bugünkü dinamik inkişafında ulu öndərin müstəsna xidmətlərinin olduğunu qeyd edən diplomat ölkələrimiz arasında dostluq əlaqələrinin gələcəkdə də dərinləşəcəyinə əminliyini bildirmişdir.
Moldovanın Türkiyədəki keçmiş səfiri Todur Angeli ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüş və ümummilli liderə həsr etdiyi şeiri oxumuşdur.
Təqdimat mərasimində Moldovanın dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri, xarici və yerli KİV nümayəndələri, ictimai xadimlər, tələbələr iştirak etmişlər.
Mərasim iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı kitablar, Azərbaycan həqiqətlərini əks etdirən CD disklər, broşüralar paylanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında