Ordumuzun payız-qış mövsümünə keçidi yüksək səviyyədə başa çatıb

Azərbaycanın müasir ordusunun, vahid komandanlığa tabe olan Silahlı Qüvvələrinin yaradılması və inkişafı sahəsində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan strateji əhəmiyyətli prinsip və ənənələrin uğurla davam etdirilməsi müvafiq istiqamətdə köklü dəyişikliklərin həyata keçirilməsi ilə müşahidə olunmaqdadır. Dövlətimizin və hökumətimizin gündəlik qayğısı öz üzərinə Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni götürən ordu mənsublarında yüksək döyüş ruhu və ikiqat məsuliyyət hissi formalaşdırmışdır. Bu gün ayrı-ayrı hərbi hissə və birləşmələrdə xidmət edən hər bir əsgər və zabit ölkənin milli maraqlarının müdafiəçisi və təminatçısı kimi çıxış etməkdən qürur duyur. Son illərin təcrübəsi isə gələcəkdə əldə olunacaq uğurların daha etibarlı əsaslar üzərində formalaşacağından xəbər verir. 
Axı ordu daim ciddi nəzarət və fasiləsiz fəaliyyət tələb edən kifayət qədər ağır və mürəkkəb bir qurumdur. Bu mənada Silahlı Qüvvələrin insan kapitalını qorumaq, şəxsi heyətin intellektual potensialını daha da artırmaq, silah-sursatın, hərbi texnikanın döyüş imkanlarını maksimum səviyyədə saxlamaq və bundan Vətənin müdafiəsində yetərincə bəhrələnmək üçün ən vacib və etibarlı amillərdən biri də mövsümi tədbirlərin tam vaxtında yerinə yetirilməsidir. Zaman dəyişdikçə, insanlar da, insanların ixtiyarında olan silah-sursat, hərbi texnikalar da dəyişir. Bu dəyişimlər hər bir kəsdən öz xidməti vəzifəsinə yaradıcı yanaşmağı, hərb sənətinin ən müasir sirlərinə dərindən yiyələnməyi tələb edir. Sevindirici haldır ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti müvafiq istiqamətdə kifayət qədər zəngin təcrübəyə yiyələnmiş, böyük uğurlara nail olmuşdur. Bu uğurların əsas bazasını, heç şübhəsiz, hər il ölkəmizdə və xaricdə keçirilən yüzlərlə müxtəlif xarakterli təlim və kurslar, seminar və simpoziumlar və s. təşkil edir. Hərbi qulluqçularımızın beynəlxalq və yerli əhəmiyyətli belə tədbirlərdə mütəmadi iştirakı onların öz peşəkarlığını daha da gücləndirməsində mühüm rol oynayan amillərdəndir.
O da sirr deyil ki, hər bir yeni fəsil hərbçilərimiz üçün özü ilə birgə yeni münasibət və yeni qayğı gətirir. Axı texnika da insanlar kimidir. Onları da qarşıdan gələn mövsümlərə hazırlamaq lazımdır. Payız-qış aylarında insanlar irəlidəki sazaqlara hazır olmaq üçün isti paltarlar tədarük etdikləri kimi, ilin soyuq aylarında dözümlü olması və tapşırıq alınan anda səfərə çıxa bilməsindən ötrü avtomobil və zirehli maşınlara da yeni fəsillərə uyğun texniki qulluq göstərilməsi təbii haldır. Ona görə də Silahlı Qüvvələrin bütün qoşun növlərində texniki hazırlığın bu vacib sahəsi komandanlıq tərəfindən mütləq qaydada ciddi nəzarətdə saxlanır. Belə ki, müdafiə nazirinin müvafiq əmrinə və döyüş hazırlığı planına əsasən, bütün hərbi hissələrdə şəxsi heyətin və texnikanın payız-qış mövsümünə uyğunlaşdırılması ilə əlaqədar nəzərdə tutulan kompleks tədbirlər artıq planlaşdırılaraq gerçəkləşdirilib.
İlk növbədə şəxsi heyətin qış mövsümünə hazırlıq işləri vaxtında həyata keçirilib və hərbi hissələrin əsgər və zabitləri isti geyimlərlə tam təmin olunublar. Bundan əlavə, əsgər yataqxanalarının isitmə avadanlıqları ilə təchiz edilməsi, o cümlədən, müxtəlif təyinatlı obyektlərin isitmə sistemlərinin təftişi və cari təmir-tikinti işlərinin vaxtında başa çatdırılması müvafiq istiqamətdə ehtimal olunan problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynamışdır.
Ümumiyyətlə, qabaqcadan tərtib olunmuş kompleks tədbirlər planında nəzərdə tutulan bütün vəzifələrin bir qayda olaraq yuxarı komandanlığın ciddi nəzarəti altında yerinə yetirilməsi ayrı-ayrı yerlərdə görülən işlərin keyfiyyət göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Rəhbər sənədlərə əsasən, bölmələrin xidməti xarakterinə uyğun olaraq hazırlanan plan-qrafiklər yerlərdə xidmət rəislərinin iştirakı ilə ətraflı öyrənilir və təftiş edilir. Hərbi hissələrdə silah və texnikanın qış mösümünə keçirilməsini yüksək səviyyədə reallaşdırmaqdan ötrü hazırlıqlı mütəxəssislər tərəfindən təşkil edilən məşğələlər şəxsi heyətin bilik və təcrübəsini daha da artırır. Dərslər zamanı şəxsi heyətə mövsümi işləri daha keyfiyyətlə və nəzərdə tutulan ardıcıllıqla yerinə yetirmək, eyni zamanda, müəyyən edilmiş müddətə başa çatdırmaq ətraflı izah olunur. Məhz bütün bunların nəticəsində müxtəlif təyinatlı texnikalar üçün nəzərdə tutulan texniki qulluq postları hərəkətdə olan döyüş maşınlarının qışa hazırlıq işlərini uğurla başa çatdırmışdır. Birlik və birləşmələrin yanacaq-sürtkü materialları və digər tələb olunan vəsaitlərlə yuksək səviyyədə təmin olunması müvafiq istiqamətdə nəzərdə tutulan tədbirlər planının tam zamanında yerinə yetirilməsində xüsusilə əhəmiyyətli rol oynamışdır.
Ümumiyyətlə, son illər Silahlı Qüvvələr quruculuğunun müxtəlif sahələrində olduğu kimi, maddi-texniki təminatında da əsaslı irəliləyişlər qeydə alınmışdır. Dəmir nizam-intizam və hərtərəfli maddi-texniki təminat isə ordumuzun yüksək döyüş hazırlığına tam təminat verir.

{nl}

İbrahim RÜSTƏMOV, əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında