Saatlı: Sarısu gölündə təhlükəni aradan qaldırmaq üçün tədbirlər görülür

Araz çayının sahilboyu yaşayış məntəqələrində vəziyyət yenə də gərgin olaraq qalır. Rayon fövqəladə hallar komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini İlham Quliyev bildirdi ki, mayın 21-də suyun səviyyəsinin qalxması yenidən müşahidə olunmuşdur. Bütün işçi qüvvələri, texnika, maşın-mexanizmlər təbii fəlakət bölgəsinə səfərbər edilmişdir.
İmişli, Sabirabad rayonlarının ərazisində yerləşən Sarısu gölündə suyun səviyyəsinin qalxması Saatlı rayonunun Məzrəli, Naharlı, Kamallı, Hacıqasımlı, Musalı, Nərimankənd, Dəlilər, Novruzlu kəndləri və 426 nəfərlik Nərimankənd məcburi köçkün qəsəbəsi üçün təhlükə yaradır. İ.Quliyev qeyd etdi ki, vəziyyəti normallaşdırmaq üçün rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarovun rəhbərliyi ilə rayonda bütün qüvvələr təbii fəlakətin qarşısını almaq üçün səfərbər edilmişdir. Bundan əlavə, indiyədək 5 min nəfər canlı qüvvə, 105 müxtəlif təyinatlı texnika təbii fəlakətin daha geniş miqyas almaması üçün fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, ətraf rayonlardan da hadisə yerinə yardımlar olunur. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 10 ədəd yükünü özüboşaldan ZİL - 130 markalı avtomaşın mayın 20-dən Sarısu gölü ətrafında işləyir. Mayın 21-də isə Füzuli rayonundan 11 KAMAZ beton plitə göndərilmişdir. Rayon Fövqəladə Hallar Komissiyasının sədri onu da əlavə etdi ki, vəziyyət gərginləşən gündən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri və texnikaları "Azərkörpütikinti" idarəsinin, "Azərenerji" ASC-nin, AZENKO təşkilatının, eləcə də rayonun əlaqədar təşkilatlarının canlı qüvvələri və texnikaları mütəşəkkil qaydada təbii fəlakətin qarşısının alınması üçün fəaliyyət göstərirlər.
Onu da qeyd edək ki, bu günədək məlum təbii fəlakət nəticəsində Sabirabad rayonundan köçürülən 620 ailə - 2364 nəfər Saatlı rayonunun 30 kəndində yerləşdirilmişdir. Hazırda məlum ərazidə gərgin iş gedir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında