Hacıqabul: Kürdə suyun səviyyəsi nisbətən sabitləşmişdir

Mayın 21-də Hacıqabul ərazisində Kür çayında suyun səviyyəsinin 1 santimetr enməsi müşahidə olunmuşdur. Ancaq buna baxmayaraq təhlükəli vəziyyət hələ də davam edir. Rayonun Abdulabad, Kolanı, Talış, Meyniman, Axtaçı - Şirvan, Ağacanlı və Ələtli kəndləri Kür çayının 46 kilometrliyində yerləşir.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov məlumat verdi ki, bəndbərkitmə işlərinə 95 özüboşaldan maşın, 10 buldozer, 8 iri və 4 kiçik həcmli ekskavator, 1200 nəfər işçi, 1700 nəfərə yaxın kənd əhalisi cəlb olunmuşdur. Həyətlərdən suyun çəkilməsi üçün 25 su nasosundan istifadə olunur. Hazırda ərazidə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 1 ekskavatoru, 3 buldozeri və 7 özüboşaldan maşını işləyir. Bundan əlavə, "Azərenerji" ASC bəndbərkitmə işlərinə 13 özüboşaldan maşın, 2 kiçik həcmli ekskavator və 10 min kisə ilə köməklik göstərmişdir.
Fövqəladə Hallar Nazirliyinin 67 özüboşaldan maşını, 1 böyük və 3 kiçikhəcmli ekskavatoru təbii fəlakətin nəticələrinin aradan qaldırılması və daha böyük itkilərin olmaması üçün ərazidə fasiləsiz olaraq fəaliyyət göstərir.
Rayon icra hakimiyyəti də bəndbərkitmə işlərinə 8 özüboşaldan maşın, 5 buldozer, 6 irihəcmli ekskavator cəlb etmişdir.
Abdulabad, Kolanı, Talış, Meyniman, Axtaçı-Şirvan, Ağacanlı və Ələtli kəndlərində müvafiq təşkilatların əməkdaşlarının və yerli sakinlərin birgə səyi nəticəsində bəndlərə 35 mindən yuxarı kisə vurulmuşdur.
Hacıqabul rayonunda ciddi narahatlıq üçün əsas olmadığını bildirən S.Aslanov qeyd etdi ki, vəziyyətə dövlət səviyyəsində nəzarət olunur və bütün lazımi tədbirlər görülür.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında