AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ulu öndərin xatirəsinə həsr olunmuş "Zirvədən zirvəyə və əbədiyyətə" mövzusunda konfrans keçirilmişdir

Dekabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zirvədən zirvəyə və əbədiyyətə" mövzusunda konfrans keçirilmişdir. 
Tədbiri açan MEK-in direktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Azərbaycanın son 30 ilinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, dövlətçiliyimizin yaranmasında onun misilsiz rolunu və fəaliyyətini iştirakçıların diqqətinə çatdırmışdır. O, ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin irsini əks etdirmək üçün MEK-da "Heydər Əliyev irsinin təbliği şöbəsi"nin yaradıldığını və şöbənin bu sahədə geniş fəaliyyət göstərdiyini demişdir.
MEK-in direktoru bildirmişdir ki, şöbə yalnız kitabxana daxilində deyil, respublikamızın müxtəlif regionlarında, şəhər və rayonlarında, təşkilat və qurumlarda, həmçinin ölkədən kənarda da Heydər Əliyev irsinin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirir.
Konfransda MEK-in "Heydər Əliyev irsinin təbliği" şöbəsinin müdiri, filologiya elmləri doktoru Gülşən Əliyeva "Zaman, şəxsiyyət və cəmiyyət", tarix elmləri doktoru Qasım Hacıyev "Xalqdan güc alan - xalqa arxalanan lider" mövzusunda məruzələrlə çıxış etmişlər.
Məruzələrdə ulu öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafı istiqamətində gördüyü xidmətlərdən bəhs olunmuşdur. Vurğulanmışdır ki, ümummilli liderin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız elm, təhsil və mədəniyyət sahəsində ulu öndər Heydər Əliyevin strategiyasını ardıcıl şəkildə həyata keçirir.
Tədbirdə ulu öndərin çoxşaxəli, titanik fəaliyyətini əks etdirən və Heydər Əliyevin zəngin irsinin tədqiqinin nəticələri olan 1000-dən çox ənənəvi və virtual formada ədəbiyyat sərgilənmişdir.
Sonda tədbir iştirakçılarına "Heydər Əliyev epoxası" adlı sənədli film nümayiş etdirilmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında