Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalının təqdimatı olmuşdur

Dekabrın 9-da Bakıda Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli "Caucasus International" akademik jurnalının təqdimat mərasimi keçirilmişdir. 
Mərasimdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, aparıcı KİV-lərin təmsilçiləri, yerli və xarici ekspertlər iştirak etmişlər.
Təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycanı beynəlxalq aləmdə təmsil edən ilk elmi-analitik jurnalın nəşr olunmasının əhəmiyyəti haqqında danışmışdır.
Şöbə müdiri bildirmişdir ki, gənc alimlərimizin, ekspertlərimizin jurnalda yer alan analitik məqalələrinin Avropada, ABŞ-da oxunması Azərbaycan haqqında reallıqların dünyada yayılması ilə yanaşı, ölkəmizdə elmin böyük nailiyyətlər qazanmasından xəbər verir.
Azərbaycanın artıq Avrasiyanın intellektual mərkəzinə çevrildiyini deyən Elnur Aslanov qeyd etmişdir ki, "Caucasus International" jurnalı dünyanın tanınmış alimlərini bir araya gətirməklə elm üçün sərhədlərin olmadığını nümayiş etdirir və ümumi problemlərin həlli məqsədilə birgə mexanizmlərin müəyyənləşdirilməsi ətrafında müzakirələrin aparılmasına imkan yaradır. Azərbaycanın ilk elmi-analitik beynəlxalq jurnalının ən böyük əhəmiyyəti də məhz budur.
Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə bildirmişdir ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən belə bir jurnalın nəşr olunmasına çoxdan ehtiyac var idi. Region haqqında analitik təhlilləri bütün dünyaya çatdıracaq bu jurnal həm də Azərbaycanın gənc tədqiqatçılarına öz potensiallarını nümayiş etdirməyə imkan yaradacaqdır. F.İsmayılzadə müəllif sıralarının daha zənginləşəcəyi bu jurnalın gələcək saylarının da uğurlu olacağına əminliyini bildirmişdir.
Daha sonra mərasimdə çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və "Caucasus International" jurnalının redaktoru Mahir Zeynalov nəşrin əhəmiyyəti haqqında danışmışlar. Bildirmişlər ki, jurnal vasitəsilə Avropanın və dünyanın geniş oxucu kütləsi Azərbaycanda gedən uğurlu inkişaf prosesləri haqqında təfərrüatlı məlumatlar əldə edəcəklər. Natiqlər qeyd etmişlər ki, bu nəşr həm də Azərbaycanın intellektual elitasının analitik fikirlərini dünyaya çatdıracaqdır.
Mərasimdə "Caucasus International" akademik jurnalının internet saytının təqdimatı da olmuşdur.
Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və beynəlxalq arenada onları istiqamətləndirmək məqsədilə yaradılan, müəllifləri xarici və region dövlətlərinin elm xadimləri və tədqiqatçıları olan "Caucasus International" jurnalının ilk nömrəsi Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə çap olunmuşdur.
Redaksiya heyətinə dünyanın beynəlxalq münasibətlər sahəsinin nüfuzlu simalarının daxil olduğu jurnal Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilmişdir.
Jurnal SAM ilə əməkdaşlıq çərçivəsində rübdə bir dəfə ingilis dilində çap olunur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında