YAP Göyçay rayon təşkilatının VII konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının VII konfransı keçirilmişdir. Dekabrın 9-da Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəlin önünə gül dəstələri qoymuş, ehtiramlarını bildirmişlər.
YAP rayon təşkilatının sədri Ramiz İbrahimov ötən beş il ərzində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Sədr vurğulamışdır ki, ötən hesabat-seçki yığıncağından keçən müddət ərzində YAP rayon təşkilatı üzvlərinin sayında ilbəil artım müşahidə olunmuşdur. 88 ilk ərazi təşkilatında 7012 üzv vardır. Onlardan 4011-i qadın, 2626-sı isə gənclərdir. Bu artım ölkəmizdə xalqın YAP-a olan məhəbbətindən irəli gəlir.
YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, deputatlar Şəmsəddin Hacıyev, Sabir Hacıyev, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiyanın keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılmış uğurlardan, ölkəmizin tərəqqisində bu siyasi qurumun üzvü olan insanların əvəzsiz rolundan danışmışlar. Bildirmişlər ki, YAP sıralarında 550 mindən çox üzvün birləşməsi ümummilli lider Heydər Əliyev və YAP-ın sədri, Prezident İlham Əliyev ideyalarına sədaqət və məhəbbətin ifadəsidir. Ölkə miqyasında həyata keçirilən ictimai-siyasi hadisələrdə fəallıq nümayiş etdirən partiya üzvlərinin ənənələrinə sadiq qalaraq prezident, parlament və bələdiyyə seçkilərində də fəallıq nümayiş etdirməsi bir daha öz təsdiqini tapmışdır.
Qeyd olunmuşdur ki, ölkənin ictimai-siyasi həyatında və əhalinin sosial-rifahının yaxşılaşmasında partiya üzvləri də böyük fəallıq nümayiş etdirmişlər. Azərbaycanın dünya dövlətləri arasında böyük nüfuz qazanmasında iqtidar partiyası kimi YAP-ın rolu və xidmətləri böyükdür. Xüsusilə də, partiyanın sıraları əsasən gənclərin hesabına artır, möhkəmlənir. Təsadüfi deyildir ki, YAP-ı daim gəncləşən, yeniləşən və müasirləşən partiya adlandırırlar. Üzvlərinin 40 faizini gənc nəslin nümayəndələrinin təşkil etdiyi partiyanın belə zəngin sosial bazaya malik olması gənclərin Prezident İlham Əliyevin siyasətinə sadiqliyi və onun dəst-xəttini dəstəkləməsi deməkdir.
Konfransda nəzarət-təftiş komissiyası sədrinin hesabat məruzəsi dinlənilmiş, partiyanın ötən beş ildəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir. R.İbrahimov isə yenidən YAP rayon təşkilatının sədri seçilmişdir. Tədbirdə 47 nəfər şura, 17 nəfər idarə heyətinin, 5 nəfər isə nəzarət-təftiş komissiyasının üzvü seçilmişdir.
Bir qrup gəncə partiyanın vəsiqələri təqdim olunmuş, YAP-ın fəal üzvlərinə isə mükafatlar verilmişdir.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında