Vatikanın məxfi arxivində saxlanılan Azərbaycana aid sənədlər Bakıya gətirilmişdir

Sənədlər arasında Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövründə Vatikanla məktublaşmalar, missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları da var
Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilmişdir. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat vermişdir.
Onun sözlərinə görə, bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və digər sənədlərdən ibarətdir: "Məxfi sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bunlar çox mühüm sənədlərdir. Bu sənədlər vasitəsilə Azərbaycan tarixinin çoxlu gizli məqamlarına aydınlıq gətirmək mümkün olacaq".
F.Ələkbərli demişdir ki, məxfi sənədlər müxtəlif dillərdədir: "Onların arasında monqol, türk, qədim uyğur, ərəb, latın, italyan dillərində olanlar var. Həmin sənədləri araşdırmaq asan iş deyil. Bu, ən azı bir neçə il vaxt aparacaq. Məktubların çoxu diplomatik məktublardır. Onları tədqiq edəndə həmin dövrün tarixini, siyasi mühitini dərindən araşdırmaq lazımdır. Bu işdə tarixçilər və müxtəlif dilləri bilən mütəxəssislər iştirak etməlidirlər. Sənədlər tam tədqiq olunandan sonra dərc ediləcək".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında