Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anım günü

Nəsimi rayonunda ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar toplantı keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə təşkil etmişdi. YAP Nəsimi rayon təşkilatında baş tutan mərasimdən əvvəl iştirakçılar binada ulu öndərin büstü önünə gül dəstələri düzdülər.
Tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirdi ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bəşər tarixinin ən parlaq simaları ilə bir sırada duran, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə Vətənimizin hər bir guşəsində qeyd edilir.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, ulu öndərimiz daim Vətənə, xalqa, doğma torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq amalları ilə yaşamış, həmişə milli maraqların təminatçısı və müdafiəçisi olmuşdur. Onun hər bir addımı Vətənə, xalqa xidmətin bariz nümunəsi idi. Hələ sovet imperiyasının amansız və sərt rejimi dövründə o heç bir çətinliyə və maneələrə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmiş və müasir, müstəqil, çiçəklənən dövlətimizin təməlini yaratmışdır. Xalqımız tam əsasla dahi insan, böyük vətənpərvər, fenomenal şəxsiyyət Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin banisi və memarı hesab edir. Azərbaycan xalqı və dövləti var olduqca ulu öndərimiz Heydər Əliyevin ideyaları yaşayacaq və ölkəmizin gələcək uğurlarının rəhni olacaqdır.
Natiq bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına və qüdrətlənməsinə istiqamətlənmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bizi yeni qələbələrə aparır.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, onun millətinə olan dərin sevgisindən danışdı. O bildirdi ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, ölkəmizdə bütün sahələrdə əldə edilən inkişaf ümummilli liderimizin titanik fəaliyyətinin və onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. Natiq ulu öndərimizin zəngin irsinin gənclərimiz tərəfindən öyrənildiyini və onun fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğunu vurğuladı. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi vardır. Ulu öndərimizin əziz xatirəsi daim qəlbimizdədir.
Sonra Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev və YAP Nəsimi rayon Gənclər Birliyinin sədri Sərraf Hüseynov çıxış etdilər.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi. Nəsib Məhəməliyev mərasimə yekun vurdu.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında