Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olmuşdur.
İclasda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertlərin rəylərini və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, hüquqi şəxsin xalis mənfəəti divident şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində nəzərdə tutulmuş divident anlayışı ilə əhatə olunmur və dividentlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir.
Bölüşdürülməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində səhmdarların səhmlərinin nominal dəyərinin artırılması yalnız səhmlərin təqdim olunduğu halda fiziki şəxs olan səhmdarın gəlir vergisinin, hüquqi şəxs olan səhmdarın isə mənfəət vergisinin hesablanmasına səbəb ola bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında