Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı Bişkekdə rus dilində çap edilmişdir

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı "Biytiktik" nəşriyyatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı rus dilində çap edilmişdir.
Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, kitabda Ermənistanda Serj Sarkisyanın prezident seçkilərini saxtalaşdıraraq hakimiyyətə gəlməsi haqqında danışılır, onun Azərbaycan torpaqlarını öz adlarına çıxması ilə bağlı sərsəm bəyanatlarına tutarlı cavab verilir. Əsərdə deyilir ki, 19-cu əsrlərdə, hətta 20-ci əsrin əvvəllərində İrəvan şəhəri, həmçinin Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə ermənilər azlıqda olmuş, azərbaycanlılar isə əhalinin əksəriyyətini təşkil etmişlər.
N.Məmmədov demişdir ki, bu kitabın çapında məqsəd Azərbaycan həqiqətlərinin Orta Asiya xalqlarına çatdırılmasıdır. Kitabın Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda pulsuz yayılması nəzərdə tutulmuşdur. Əsər qırğız dilinə də tərcümə olunur. Kitabı qırğız dilinə tanınmış yazıçı Mukan Asanaliyev tərcümə edir və gələn ilin əvvəllərində çap ediləcək.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında