Macarıstanda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan səfir Vilayət Quliyev XX əsr Azərbaycan və dünya tarixində Heydər Əliyevin yerindən və rolundan, Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, mənəvi əsaslarının yaradılmasında, bu müstəqilliyin əldə edilməsində və çətin mübarizə şəraitində qorunub möhkəmləndirilməsində ulu öndərin müstəsna xidmətlərindən bəhs etmişdir.
Sonra tanınmış pianoçu, əməkdar artist Murad Hüseynovun ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və macar bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı səsləndirilmişdir.
Tədbirdə hazırda Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Macarıstan parlamentinin vitse-spikeri Zoltan Vaslo, Macarıstan milli iqtisadiyyat nazirinin birinci müavini, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri xanım Roza Nac, Azərbaycan və Macarıstan parlamentlərinin deputatları, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, macar ictimaiyyətinin və ölkədəki Azərbaycan icmasının təmsilçiləri iştirak etmişlər.

{nl}

Pərvanə QARAYEVA, AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında