Bura cəbhə bölgəsidir

Düşmənlə üzbəüz mövqelərdə motoatıcı, hava hücumundan müdafiəçi, istehkamçı və kəşfiyyatçılar kimi artilleriyaçıların da xidməti həqiqətən fədakarlığa bərabərdir. Topçulardan döyüşə hazır olmaq, istənilən şəraitdə digər qoşun bölmələrilə birlikdə və onlarla qarşılıqlı əlaqə gözlənilməklə yuxarı komandanlıq tərəfindən qarşıya qoyulacaq döyüş tapşırıqlarını yerinə yetirmək tələb edilir.
Bunu həmin bölmələrdə xidmət edən zabit və əsgərlərimiz də yaxşı başa düşürlər. Bəs bu gün topçu kollektivlər hansı qayğılarla yaşayırlar? Bu suala cavab almaq məqsədilə yenə təmas xəttində döyüş növbəsi aparan artilleriyaçılar bölməsinə üz tuturuq.
Zabit Həbib Rizvanovla qərargahda görüşdük. Bizimlə söhbətində zabit Həbib Rizvanov ön xətdən qayıtdığını, döyüş növbəsi aparan topçuların xidmətini bilavasitə yoxladığını bildirdi. Biz ön xəttə getmək istədiyimizi söyləyəndə o da bizimlə getmək qərarına gəldi. Tez bir zamanda UAZ markalı təzə avtomobildə nahamar kənd yolları ilə düşmənlə üzbəüz mövqelərə doğru irəliləməyə başladıq. Avtomobildə zabit gün ərzində gördükləri işlər barədə məlumat verdi:
- Bizim divizion təmas xəttində yerləşir. Döyüş növbəsində dayanan heyətlərdən başqa qalan şəxsi heyətin döyüş hazırlığını artırmaq üçün günün nizam qaydalarına uyğun taktiki, ixtisas və ictimai-siyasi hazırlıq dərsləri keçirilir. Bir faktı xüsusi vurğulamaq istəyirəm ki, bütün tədbirlər döyüş hazırlığı planına uyğun aparılır.
Sonra biz artilleriya batareyasının atəş mövqeyinə gəlirik. Burada döyüşçülərimizin xidmətilə yaxından tanış oluruq. Artilleriyaçılar öncə təlim bölmələrində hərbi ixtisasa yiyələnirlər. Onlar bundan sonra artilleriya bölməsinə göndərilir və burada peşə bacarıqlarını xidmət prosesində artırırlar. Təbii ki, qarşımızda düşmən olduğu üçün ixtisas və taktiki hazırlıq məşğələlərinə daha üstünlük verilir.
Biz bölmədə olarkən taktiki hazırlıqdan taqımın müdafiədə fəaliyyəti mövzusunda məşğələ keçirilmişdi. Kiçik komandirlərin, müddətdən artıq xidmət edən hərbi qulluqçuların hazırlığı bu zaman daha çox diqqət mərkəzində olur, çünki döyüşdə onların üzərinə daha çox məsuliyyət düşür. Hərbi kollektivin mənəvi-psixoloji vəziyyəti qənaətbəxşdir. Bir heyətimiz burada döyüş növbəsindədir. Heyətin komandiri Elçin Rəhimovdur. Burada top hədəfə tuşlanmış vəziyyətdədir. Düşmən tərəfindən yol verilə biləcək hər hansı təxribata cavab olaraq və müvafiq komanda verilərsə, topçularımız atəş açmağa hazırdırlar.
Top komandiri kiçik çavuş Elçin Rəhimov işğal altında olan Ağdam rayonunun Boyəhmədli kəndindəndir.
- Mənim rəhbərlik etdiyim heyət burada hazırda döyüş növbəsi çəkir, - kiçik çavuş Elçin Rəhimov deyir. - Düşmən tərəfdən hücum olarsa və mənə tapşırıq verilərsə, heyət dərhal atəş açmağa hazırdır. Heyət nəfərlərindən Ceyhun Əhmədov, Yusif Əliyev, Fuad Cabbarov, Elvin Mütəllimov öz vəzifələrinə həmişə məsuliyyətlə yanaşırlar.
Manqa üzvləri müxtəlif vaxtlarda ordu sıralarına çağırılsalar da, heyətin hər bir üzvü topçu peşəsinə lazımınca yiyələnib və döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.

{nl}

Əbülfət QASIMOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında