Bakıda yağış barmaqlıqlarının tikintisinə başlanılmışdır

Son illər leysan yağışlarından sonra paytaxtın ayrı-ayrı küçə və meydanlarında yaranan xoşagəlməz mənzərələr sakinlərin haqlı narazılığına səbəb olurdu. Xüsusən də güclü yağış və qar sularının törətdiyi fəsadlar sakinlərin və avtomobillərin sərbəst hərəkətinə ciddi maneçilik törədirdi. Yaxın vaxtlarda belə halların qarşısının tamamilə aradan qaldırılması gözlənilir.
Artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti yağış sularının toplanaraq axıdılması məqsədilə genişmiqyaslı işlərə başlamışdır. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ilkin mərhələdə yağış sularının gölməçələr yaradaraq hərəkətə mane olan küçə və prospektlərdə yağış barmaqlıqlarının tikintisi aparılır. Artıq paytaxtın 69 nöqtəsində tikinti quraşdırma işləri həyata keçirilir. Eyni zamanda, Bakıda drenaj sistemlərinin yaradılması və yağış barmaqlıqlarının bütün küçə və prospektləri əhatə etməsi üçün layihələndirmə işləri aparılır. "Azərsu" ASC-nin Sukanal Elmi Tədqiqat Layihə İnstitutunda layihə və smeta sənədləri hazırlandıqdan sonra tikinti işlərinə başlanılacaq.
Qeyd edək, hazırda Bakıda küçə və prospektlərin cəmi 10 faizində yağış barmaqlıqları mövcuddur ki, bunlar da əsasən şəhərin mərkəzi hissəsini əhatə edir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq ətraf qəsəbələrdə kanalizasiya şəbəkələri qurularkən yağış sularının toplanaraq axıdılması üçün drenaj sisteminin yaradılması nəzərdə tutulur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında