Kürdəmirin Cəyli kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir

Kürdəmir rayonunun 1500 nəfər əhalisi olan Cəyli kəndində içməli su problemi ortadan qaldırıldı. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kənddə modul tipli sutəmizləyici qurğu qoyulmuş, kəndin 11 məhəlləsinə bulaq çəkilmişdir. 
Sutəmizləyici qurğunun istifadəyə verilməsi kənddə əsl bayram təntənəsi yaratmışdır.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ziyalılar, kənd sakinləri iştirak edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikamızda, o cümlədən, Kürdəmir rayonunda sosial-iqtisadi sahələrdə həyata keçirilən irimiqyaslı layihələrdən, əhalinin sosial problemlərinin həlli, həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə görülən işlərdən danışaraq bildirdi ki, Aran iqtisadi rayonuna daxil olan Kürdəmirdə ekoloji cəhətdən təmiz içməli su sovetlər birliyi dövründə də problem olmuşdur. Müstəqillik illərindən sonra ölkəmizdə əldə olunan iqtisadi yüksəliş bu vacib problemin də həllinə imkan yaratmışdır.
Rayonun 13 kəndində son illərdə modul tipli sutəmizləyici qurğu istifadəyə verilməklə ümumilikdə 184 məhəlləyə bulaq çəkilmişdir. İstismara verilmiş sutəmizləyici qurğular Cənubi Koreya və Türkiyə şirkətinin istehsalı olmaqla hər biri sutkada 40-50 ton suyu təmizləyib əhalinin istifadəsinə verir.
Bu qurğular kənd bələdiyyəsinə təhvil verilmiş, bələdiyyələr tərəfindən hər bir qurğuya xidmət göstərən işçilər müəyyənləşdirilmiş və təhkim edilmiş işçilərə podratçı təşkilatlar tərəfindən əməkhaqqı və sutəmizləyici qurğunun istifadə etdiyi enerjinin dəyəri ödənilir.
Ölkə rəhbərinin "Kürdəmir rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" 26 avqust 2011-ci il tarixli sərəncamına əsasən rayonun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmuş və tikinti işlərinə start verilmişdir.
Sonda sutəmizləyici qurğu işə salınmış, ekoloji cəhətdən təmiz olan su bulaqlar vasitəsi ilə sakinlərin istifadəsinə verilmişdir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında