Bakı-Gəncə-Bakı istiqamətində yeni "Ekspress" qatarı xəttə buraxılacaqdır

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin gediş-gəlişini yaxşılaşdırmaq məqsədi ilə yeni "Ekspress" qatarını xəttə buraxacaqdır. 
Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 9-dan etibarən Bakı-Gəncə-Bakı "Ekspress" qatarı saat 09.00-da Bakı sərnişin stansiyasından yola düşəcək, saat 16.20-də Gəncə stansiyasına çatacaqdır. Səhəri gün isə qatar 09.00-da Gəncə stansiyasından çıxaraq, saat 17.10-da Bakı sərnişin stansiyasına çatacaqdır.
Bakı-Gəncə-Bakı "Ekspress" qatarının Gəncə stansiyasından səhər saatlarında yola düşməsini və sərnişin sıxlığının az olmasını nəzərə alaraq, dekabrın 9-dan etibarən Bakıdan, dekabrın 10-dan isə Mingəçevirdən hərəkət edən Bakı-Mingəçevir-Bakı "Ekspress" qatarı ləğv olunacaqdır.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində xəttə buraxılacaq 5 vaqondan ibarət yeni "Ekspress" qatarının vaqonları VEST QAS müəssisəsi ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında bağlanmış müqaviləyə əsasən Slovakiyada beynəlxalq standartlar səviyyəsində tam təmir olunaraq oktyabrda Azərbaycana gətirilmişdir.

{nl}

Qabil YUSİFOĞLU "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında